...

"Ərazi bütövlüyü prinsipi istisnasız işləməlidir"

Siyasət Materials 7 May 2015 21:38 (UTC +04:00)
Beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir dövlətin ərazi bütövlüyünü müdafiə etmək, digərinin isə etməmək olmaz.
"Ərazi bütövlüyü prinsipi istisnasız işləməlidir"

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Cəmilə Əliyeva/

Beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir dövlətin ərazi bütövlüyünü müdafiə etmək, digərini isə etməmək olmaz. Bunu Trend-ə GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

O, qeyd edib: "Əgər biz buna məhəl qoymasaq, vəziyyət təkcə Avropada deyil, digər qitələrdə də gərginləşə bilər və sonra bunu nizamlamaq çətin olacaq".

V.Çeçelaşvilinin sözlərinə görə, GUAM münaqişələrin həllində ikili standartları qəbul etmir: "Dünya arenasında müxtəlif oyunçuların olduğunu və onların öz maraqlarını rəhbər tutmalarını nəzərə almaq lazımdır. Bu, təkcə GUAM-ın üzv ölkələrinə deyil, həm də müxtəlif dövlətlərə qarşı baş verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti