...

Araz Əlizadə: Əli Kərimli Azərbaycan siyasi səhnəsində heç kimdir

Siyasət Materials 14 May 2015 17:25 (UTC +04:00)
“AXCP-nin iqtidar-müxalifət dialoqundan imtina etməsinin heç bir əhəmiyyəti yoxdur, çünki artıq onlar Azərbaycan siyasi səhnəsində heç kimdir”.
Araz Əlizadə: Əli Kərimli Azərbaycan siyasi səhnəsində heç kimdir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Elçin Mehdiyev/

"AXCP-nin iqtidar-müxalifət dialoqundan imtina etməsinin heç bir əhəmiyyəti yoxdur, çünki artıq onlar Azərbaycan siyasi səhnəsində heç kimdir". Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

O, qeyd edib ki, nə qədər ki, Əli Kərimli deputat mandatı alırdı, normal işləyirdi, amma deputat seçilməyən kimi küsdü: "Necə ki, bunların milli "şurikləri"nin lideri Cəmil Həsənli nə qədər ki, deputat seçilirdi, deyirdi, "hurrey", sonra da bəyan etdi ki, bu deputat mandatı ya satılır, ya da peşkəş edilir. Amma ona sual verəndə ki, kim sənə satıb, peşkəş edib, cavab vermədi. Bunlar pula görə vicdanını satan adamlardır".

A.Əlizadə qeyd edib ki, bu adamlar xaricdən idarə olunurlar: "Yoxsa necə dolanırlar? Firavan həyat sürürlər. Bunlar özlərini də saxlayırlar, cangüdən də saxlayırlar, sürücü də saxlayırlar. Bəs bunlar haradandır? Bu sualı onlara vermək lazımdır. Deyəcəklər ki, dostlarımız kömək edir. Bu dost bir gün kömək edə bilər, iki gün kömək edə bilər. 93-cü ildən hakimiyyətdən getmisiniz. Dostun işi-gücü qurtarıb sizi saxlayır? Onların dostları ABŞ-da, Avropada Azərbaycana qarşı işləyən fondlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti