...

Vişeqrad Qrupu Şərq Tərəfdaşlığ ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər

Siyasət Materials 15 May 2015 16:03 (UTC +04:00)
Bu gün Bratislava şəhərində Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.
Vişeqrad Qrupu Şərq Tərəfdaşlığ ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Səba Ağayeva/

Bu gün Bratislava şəhərində Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasın yekunu olaraq, Vişeqrad Qrupunun xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığına dair birgə bəyanatı qəbul olunub.

Bəyanatda diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Vişeqrad ölkələri Şərq Tərəfdaşlığında iştirak edən bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəklədiklərinə sadiq olduqlarını vurğulayıblar.

Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında keçiriləcək Riqa sammiti ərəfəsində belə bir bəyanatın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.

İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Şərq Tərəfdaşlığında iştirak edən dövlət kimi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın qatıldığı iclasda belə bir bəyanatın qəbul edilməsi və bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi əslində Ermənistana çox ciddi çağırışdır.

Vişeqrad Qrupunda Çexiya, Macarıstan, Polşa və Slovakiya iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti