...

GUAM rəhbərliyi Azərbaycana təşkilatın prioritetlərini formalaşdırmaqda kömək edəcək

Siyasət Materials 18 May 2015 20:27 (UTC +04:00)
Altay Əfəndiyevin GUAM-ın baş katibi vəzifəsinə təyin edilməsi Azərbaycana sədrlik edən ölkə kimi təşkilatda prioritetlərini formalaşdırmağa və gələn il üçün sədrliyin ciddi, sıx, iddialı proqramını təqdim etməyə kömək edəcək.
GUAM rəhbərliyi Azərbaycana təşkilatın prioritetlərini formalaşdırmaqda kömək edəcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Cəmilə Əliyeva/

"Altay Əfəndiyevin GUAM-ın baş katibi vəzifəsinə təyin edilməsi Azərbaycana sədrlik edən ölkə kimi təşkilatda prioritetlərini formalaşdırmağa və gələn il üçün sədrliyin ciddi, sıx, iddialı proqramını təqdim etməyə kömək edəcək".

Bu barədə Trend-ə GUAM-ın baş katibi Valeri Çeçelaşvili təşkilata yeni baş katibin təyin edilməsini şərh edərkən deyib

Onun sözlərinə görə, A.Əfəndiyev çox təcrübəli, ixtisaslı, karyerası olan diplomatdır, o, regionu yaxşı tanıyır və bu, təşkilat üçün böyük tapıntıdır.

V.Çeçelaşvili ümid etdiyini bildirib ki, A.Əfəndiyev GUAM Xarici İşlər Naziləri Şurasının builki son görüşünə gələcək: "Görüş dekabrın əvvəlində Belqradda baş tutacaq. O, burada bütün nazirlərlə tanış ola biləcək".

Qeyd edək ki, Azərbaycan 2016-cı il yanvarın 1-dən GUAM-da sədrlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti