...

Moldova Azərbaycandakı səfirini geri çağırıb

Siyasət Materials 26 May 2015 23:30 (UTC +04:00)
Moldova Azərbaycandakı səfiri İqor Bodiunu geri çağırıb.
Moldova Azərbaycandakı səfirini geri çağırıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Moldova Azərbaycandakı səfiri İqor Bodiunu geri çağırıb. Trend-in Moldolva KİV-nə istinadən verdiyi məlumata görə, Moldova 10 xarici ölkəsində təmsil olunan səfirlərini geri çağırıb.

Səfirlərin geri çağırılması barəsində qərar Nazirlər Kabinetinin iclası zamanı qəbul edilib.Səfirlərin geri çağırılmasının səbəbləri açıqlanmayıb.

Geri çağırılan diplomatlar sırasında Moldovanın ABŞ-dakı, Avropa Şurasındakı, Portuqaliyada və digər Avropa ölkələrindəki səfirləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti