Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçici var. Trend-in məkumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, seçicilərin 51,7 faizi qadın, 48,3 faizi isə kişidir.
Qeyd edək ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb.