...

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Siyasət Materials 1 İyun 2015 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İtaliya Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə İtaliya arasında möhkəm dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti