...

Elmar Məmmədyarov Aleksis Şahtaxtinskiyə uğurlar arzuladı

Siyasət Materials 3 İyun 2015 18:13 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Aleksis Şahtaxtinskiyə uğurlar arzuladı

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov A.Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycan la ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu qeyd edib.

A.Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycanla ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

E.Məmmədyarov A.Şahtaxtinskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti