Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmaq istəməsi ilə bağlı bəyanatı o demək deyil ki, Türkiyə bu strukturda Avropa İttifaqına (Aİ) alternativ axtarır. Bu barədə Trend-ə müsahibəsində Türkiyənin sabiq Aİ işləri üzrə naziri Egemen Baxış deyib.
O bildirib ki, bu həmçinin Türkiyə Aİ-nin şıltaqlıqlarına dözmək niyyətində olması da demək deyil: "Türkiyənin bir beynəlxalq təşkilata üzv olması başqa bir beynəlxalq təşkilata qarşı yönəlməyib".
Sabiq nazir qeyd edib ki, Türkiyə Şərqin ən Qərb, Qərbin ən Şərq ölkəsi olduğundan ölkə bundan sonra da Şərq və Qərb arasında mədəni körpü rolunu oynayacaq.
O bildirib ki, Türkiyə və ŞƏT arasında əlaqələrin inkişafı həmçinin əməkdaşlığın genişlənməsinə və bu təşkilatın coğrafiyasında həmrəyliyin möhkəmlənməsinə imkan yaradacaq.
E.Baxış həmçinin qeyd edib ki, Aİ-nin prioritetlərinə daxil olan ŞƏT ilə əməkdaşlığın inkişafı mühüm xarakter daşıyır.