Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Səba Ağayeva/
Pakistanla Azərbaycan arasında qardaşlıq və dostluğa əsaslanmış köhnə və möhkəm əlaqələr var. Trend xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri ölkə müstəqilliyinin 69 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Səfir bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın dəstəyini qiymətləndirir: "Pakistan da Kəşmir məsələsində Azərbaycanın dəstəyini qiymətləndirir. Pakistan sülhsevər ölkədir. Biz istəyirik ki, bütün münaqişələr sülh yolu ilə həll olunsun. Azərbaycan və Pakistan arasında əməkdaşlıq gələcəkdə də inkişaf edəcək".
Diplomat həmçinin Pakistanın sosial problemlərinin həllində Azərbaycanın dəstəyini və verdiyi töhfəni yüksək qiymətləndirib.