...

Azərbaycan Hərbi Hava Qüvvələrində hava döyüşləri imitasiya edilir (VİDEO)

Siyasət Materials 21 Avqust 2015 17:04 (UTC +04:00)
Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir.
Azərbaycan Hərbi Hava Qüvvələrində hava döyüşləri imitasiya edilir (VİDEO)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlkin İzzət/

Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri "TurAz Qartalı - 2015" birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir.

Hərbi Hava Qüvvələrinin uçuş, mühəndis-texniki heyəti, o cümlədən bort və yerüstü xidmətlərin mütəxəssislərinin iştirakı ilə keçirilən məşqlərdə aviasiya vasitələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər və bir sıra xüsusi tapşırıqları yerinə yetirir, şəxsi heyətin təlim-döyüş təcrübəsi üzrə vərdiş və bacarıqlarını təkmilləşdirirlər.

Təlim-məşqlərdə pilotlar hərəkət edən və hərəkətsiz yerüstü hədəfləri, müxtəlif obyektləri, şərti düşmənin zirehli texnikası, helikopteri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsi və tanınması tapşırıqlarını da icra edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti