...

Azərbaycanla ABŞ arasında əlaqələrin gələcəyi müzakirə olunub

Siyasət Materials 26 Avqust 2015 15:30 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.
Azərbaycanla ABŞ arasında əlaqələrin gələcəyi müzakirə olunub

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.

Trend partiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilmişdir.

Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri Ziya Sayed və siyasi məsələlər üzrə müşavir xanım Syusan Çesli iştirak etmişlər.

Səfir öz növbəsində bildirib ki, noyabr ayında seçkilərin azad və ədalətli keçirilməsi Azərbaycanın demokratik proqresində müsbət addım olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti