...

Novruz Məmmədov: Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Aİ-nin müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır

Siyasət Materials 5 Sentyabr 2015 12:21 (UTC +04:00)
"Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır".
Novruz Məmmədov: Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Aİ-nin müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

"Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, bircə kiçik əlavə edib tarixi qoymaq qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti