...

Siyavuş Novruzov: YAP-dan bu dəfə xanımlara və gənclərə üstünlük verilib

Siyasət Materials 15 Sentyabr 2015 18:43 (UTC +04:00)
Ötən parlament seçkilərində Yeni Azərbaycan Partiyasından köhnə siyahı üzrə seçilən deputatlardan 13 nəfərinin adı yeniləri ilə əvəz olunub.
Siyavuş Novruzov: YAP-dan bu dəfə xanımlara və gənclərə üstünlük verilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ötən parlament seçkilərində Yeni Azərbaycan Partiyasından köhnə siyahı üzrə seçilən deputatlardan 13 nəfərinin adı yeniləri ilə əvəz olunub.

Bunu Trend-ə Yeni Azərbaycan Partyasının (YAP) icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İdarə Heyəti dairələr üzrə YAP-ın bu il keçiriləcək parlament seçkiləri əlaqədar namizədlərini irəli sürüb: "Partiyadan 125 seçki dairəsindən 117-si üzrə namizəd irəli sürmüşük. 8 seçki dairəsindən isə 3-də iqtidaryönlü və digər siyasi partiyaların, 5-də isə bitərəflərin nümayəndələrini dəstəkləyirik. Həmin 8 dairədən birində - Xankəndi dairəsində rayon təşkilatımız olmadığına görə oradan namizəd irəli sürmürük. Ümumilikdə YAP 117 dairədən namizəd irəli sürüb. 2010-cu ildə parlament seçkilərində YAP-dan Milli Məclisə deputat seçilmiş 71 nəfərdən 5 nəfəri müxtəlif vəzifələrə təyin olunduğuna, dünyasını dəyişdiyinə və öz ərazisi ilə mandatından imtina etdiyinə görə seçildiyi dairələri boşalmışdı. Köhnə siyahı üzrə seçilən deputatlardan 13 nəfər isə yeniləri əvəz olunub. Ümumilikdə keçmiş 72 nəfərdən 53-nün namizədliyi yenidən irəli sürülüb. Siyahıda namizədliyi irəli sürülənlərin 25 nəfəri xanımdır. Namizədlərin böyük hissəsi gənclərdir. Bundan əlavə, rayon, şəhər təşkilat sədrlərinin, gənclər təşkilatlarının fəallarının adları da var. Ümumiyyətlə, bu dəfə xanımlara və gənclərə üstünlük verilib".

Ali məktəb rektorlarının deputat mandatı və vəzifə seçimi qarşısında qoyulması məsələsinə gəlincə, S.Novruzov bildirib: "Rektorların bir hissəsi parlament seçkilərində iştirak edir, bir hissəsi öz vəzifəsinin icrasını davam etdirəcək və parlament seçkilərində iştirak etməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti