...

Macarıstanın yeni səfiri etimadnaməsinin surətini təqdim etdi (FOTO)

Siyasət Materials 18 Sentyabr 2015 16:14 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib.
Macarıstanın yeni səfiri etimadnaməsinin surətini təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə İ.Laslotski etimadnaməsinin surətini nazirə təqdim edib.

Səfir Azərbycanla Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov İ.Laslotskiyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti