...

Azərbaycanın Trinidad və Tobaqodakı səfiri etimadnaməsini təqdim edib (FOTO)

Siyasət Materials 19 Sentyabr 2015 09:37 (UTC +04:00)
İqamətgahı Brazilia şəhərində olmaqla, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov Etimadnaməsini Trinidad və Tobaqo Respublikasının Prezidenti Antoni Karmonaya təqdim edib.
Azərbaycanın Trinidad və Tobaqodakı səfiri etimadnaməsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

İqamətgahı Brazilia şəhərində olmaqla, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov Etimadnaməsini Trinidad və Tobaqo Respublikasının Prezidenti Antoni Karmonaya təqdim edib.

Trend-in məlumatına görə, mərasim zamanı səfir E.Sultanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını A.Karmonaya çatdırıb. Səfir həmçinin, Azərbaycan ilə Trinidad və Tobaqo əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu və iki ölkə arasında energetika, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.

Prezident A.Karmona səfir E.Sultanova təşəkkür edərək, səmimi salamlarının və ən xoş arzularının Azəraycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib. O həmçinin, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Trinidad və Tobaqo arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində səfir E.Sultanov Trinidad və Tobaqo Respublikasının xarici işləri nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirib və görüşlər zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivləri ətrafında ətraflı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti