Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovu "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, fərman RF-nin hüquqi informasiya portalında dərc olunub.
Fərmanda bildirilir ki, Yaqub Eyyubov "Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində, iqtisadi və mədəni əlaqələrin inkişafınа böyük töhfəyə" görə təltif edilib.