Elmar Məmmədyarov: Münaqişə danışıqlar yolu ilə nizamlanmasa, Azərbaycan ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq

Elmar Məmmədyarov: Münaqişə danışıqlar yolu ilə nizamlanmasa, Azərbaycan ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, ötən yetmiş il ərzində Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi qətiyyətli şəkildə təsis edilib: "Birləşmiş Millətlər Təşkilatının sürətlə dəyişən beynəlxalq mühitə sabit uyğunlaşma vasitəsilə cavab vermək imkanı diqqətəlayiqdir. Bu, bizə Təşkilatın üzləşdiyi problemlərin öhdəsindən gələcəyinə dair əminlik verir. Azərbaycan terrorizm, şiddətli ekstremizm və separatçılığın bütün forma və təzahürlərini qınayır. Dövlətlərarası münasibətləri ehtiva edən silahlı münaqişələr və ya siyasi böhranlar zamanı beynəlxalq hüquq və hüquqi nizama, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək öhdəliyi kimi fundamental normalarla uyğun gəlməyən həll yolu qəbuledilməzdir".

XİN rəhbəri qeyd edib ki, cari hadisələri nəzərə alaraq, Yaxın Şərq və Afrikadakı silahlı münaqişələrdən qaynaqlanan qaçqın böhranı ilə bağlı dərin narahatlığımızı ifadə etmək istərdim: "Biz eyni dərəcədə dini dözümsüzlük, xüsusilə islamofobiya və dinləri terrorizmlə əlaqələndirmək cəhdləri kimi hallardan da narahatıq. Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanaraq BMT-nin fəaliyyətlərinə konkret töhfələr verməkdədir. Mənim ölkəm 15 ildən artıq müddət ərzində BMT-nin mandatı əsasında regional təşkilatlar və ya ayrı-ayrı üzv dövlətlərin komandanlığı altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir. Biz hazırda Azərbaycanda təlim obyektlərini də təmin etməklə, BMT-nin sülhməramlı əməliyyatlarına dəstək verməkdə maraqlıyıq. Minilliyin İnkişaf Məqsədləri (MİM) bütün dünyada inkişafın təşviqində mühüm rol oynayır. Bu baxımdan, Davamlı İnkişaf Məqsədlərinin sülh, rifah və inkişafa nail olunma üzrə qlobal səylərdə effektiv alət olacağına əminik".

Nazir E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan ötən illər ərzində bir çox MİM hədəfləri, xüsusilə kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi orta təhsilin təmini və gender bərabərliyinin təşviqi üzrə nəzərəçarpacaq nailiyyətlər əldə edib: "Davamlı inkişaf məqsədlərini nəzərə alaraq, Azərbaycan daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi üçün hazırda özünün milli davamlı inkişaf strategiyasını işləyib hazırlamaqdadır. Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın israrlı öhdəliyi, əzm və davamlı səylərinə verilən qiymətin təzahürü kimi ölkəmiz 2015-ci il üzrə Cənub-Cənub Mükafatına layiq görülüb. Regionun bir çox ölkələrinin üzləşdiyi qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 2015-ci ilin birinci yarısında 5,7%-lik iqtisadi artım nümayiş etdirmişdir ki, qeyri-neft sektorundakı artım 9,2%-ə bərabər olub. Azərbaycan dünya bazarında enerji infrastrukturu layihələri üzrə mühüm iştirakçıya çevrilib. Bu sıraya Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirəcək TAP və TANAP layihələrinin inşası və Cənub Qaz Dəhlizi daxildir".

XİN rəhbəri sonra bildirib ki, Azərbaycan eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars kimi strateji nəqliyyat infrastrukturu şəbəkəsinin təşəbbüskarıdır: "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Portu qədim İpək Yolunun canlandırılması ilə Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan yaradacaq. Azərbaycan informasiya və kommunikasiya texnologiyalarını inkişafın aparıcı qüvvəsi hesab edir və BMT çərçivəsində Avrasiyanın dənizə çıxışı olmayan ölkələri, o cümlədən Əfqanıstan və Mərkəzi Asiya üçün əlçatan və etibarlı genişzolaqlı qoşulma imkanını təmin etmək üçün işlənib hazırlanmış Trans-Avrasiya İnformasiya Magistralının (TASIM) təşəbbüskarı olub. Azərbaycan insan məsələləri ölçüsündə insanlar arasında dözümlülüyü, multikulturalizmin və anlaşmanı təşviq etməyi davam etdirir. Biz 50 ölkədən olan 6000 idmançının iştirakı ilə Avropa qitəsinin tarixində İlk Avropa Oyunlarının bu il Bakı şəhərində keçirilməsindən və Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyindən şərəf hissi keçiririk. Biz Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakı şəhərində 7-ci Ümumdünya Forumunu keçirməyi planlaşdırır və bu tədbirin praktiki nəticələrinə ümid edirik".

Nazir E.Məmmədyarov qeyd edib ki, dünən Ermənistan prezidenti ümumi müzakirələr zamanı saxtakarlıq, təhrif və yalan yığımından ibarət çıxışında reallıqda öz hökuməti tərəfindən məhəl qoyulmayan və əksinə gedilən prinsip və dəyərlər barəsində mühazirə oxumağa cəhd edib: "Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla, azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin öldürülməsinin hələ də xatırlayır. Ermənistanın müharibəyə başlaması və Azərbaycana qarşı güc tətbiq etməsi, onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi, bir milyona yaxın azərbaycanlını öz evlərindən zorla qovaraq zəbt edilmiş ərazilərdə etnik təmizləmə həyata keçirməsi və münaqişə ərzində digər ağır cinayətlər törətməsi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı gücün tətbiqini və nəticə etibarilə, onun ərazilərinin işğal edilməsini davamlı olaraq kəskin şəkildə pisləyib".

Nazir çıxışında bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib: "Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq etmiş və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdiriblər. Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir. Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə çıxardığı qərarda Azərbaycan ərazilərinin işğalı və azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını təsbit edib. Bu qərara və beynəlxalq hüququn norma və prinsiplərinə tam şəkildə hörmətsizlik edərək, Ermənistan işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişməklə mövcud status kvonu daha da möhkəmləndirmək istiqamətində səylərini davam etdirir və öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının evlərinə qayıtması və mülkiyyətlərini əldə etməsi hüququnun ifadə olunmasına imkan vermir".

Nazir E.Məmmədyarov sonra vurğulayıb ki, 26 sentyabr 2015-ci il tarixində Ermənistan Prezidentinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat verib: "Biz qəti şəkildə bu yalan və təcavüzkar bəyanatı rədd edirik. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut edir və Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha bir etirafıdır. Bu Ermənistan rəhbərliyinin sülhə konstruktiv yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının göstəricisidir. Bu bəyanatda Ermənistan prezidenti hətta ölkəsinin dünyanın ən hərbiləşdirilmiş regionu olmasından fəxr etdiyini bildirir. Bunların fonunda Ermənistanın etimad quruculuğu tədbirləri barəsində möhtəkirliyi yalandan başqa bir şey deyildir. Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir".

XİN rəhbəri bildirib ki, effektiv etimad quruculuğu tədbirləri üçün ən vacibi və ilk növbədə təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir: "Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status kvonun saxlanmasına xidmət edəcəkdir. Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək. Biz heç bir zaman öz ərazilərimizin işğalı ilə barışmayacağıq. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək. Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar".

Nazir E.Məmmədyarov sonra çıxışında Azərbaycanın münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəf olduğunu deyib: "Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq. Azərbaycan BMT üzv dövlətlərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və onun suverenliyi və ərazi bütövlüyünə aid olan məsələlər üzrə dəfələrlə göstərdiyi prinsipial mövqeyi yüksək qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini müdafiə etmək istiqamətində qətiyyətli mövqeyinə, eləcə də, onun Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyinə güvənirik".

Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Loading Bars
Xəbər lenti
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ
Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq - Fərid Qayıbov
Müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)
Azərbaycana birbaşa xarici investisiyalar 3,5 milyard dolları ötüb
"Bakı" şadlıq sarayının rəhbərliyi cərimələnib
Avropanın 3 ölkəsindən bəzi məhsulların idxalı məhdudlaşdırılıb
Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb
BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir
Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir (FOTO)
İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb
Müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Mərkəzi Banka yönəlmişdi - CERT
Qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Universitet bitirməmişəm, Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi - "Azər-İlmə"nin direktoru
Azərbaycanda Media Reyestrinin yaradılmasının məqsədi açıqlanıb
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb
Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb
Daşaltıda piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub - ANAMA
*Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərk-silah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi - Kamaləddin Qafarov
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Azərbaycanla İran Astaraçay üzərində yeni körpünün inşası üzrə işlərə başlayıb - Səfir (ÖZƏL)
ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib
ABŞ-da 5G-nin təhlükəsi barədə xəbərdarlıq edilib
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
ABŞ-da 2050-ci ilə qədər tullantıların sıfıra endirilməyi nəzərdə tutulur
Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Bütün xəbərlər