Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/
ABŞ Dövlət Departamentinin dini məsələlər üzrə nümayəndə heyəti gələn həftə Bakıya səfər edəcək. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər.
Səfərin təfərrüatları barədə məlumat verilmir.
Nümayəndə heyəti ABŞ-ın Beynəlxalq dini azadlıq üzrə komissiyasının illik hesabatı ilə işləyir.