...

Araz Əlizadə: “Eldəniz Quliyev siyasi riyakarlıq edir”

Siyasət Materials 5 Oktyabr 2015 14:00 (UTC +04:00)
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın Kordinasiya Şurasının üzvü Eldəniz Quliyevin AXCP-nin yeganə müxalifət partiyası olmasına dair fikirlərini sərt tənqid edib.
Araz Əlizadə: “Eldəniz Quliyev siyasi riyakarlıq edir”

Azərbaycan, Bakı, 05 oktyabr /Trend Azər Niftiyev/

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın Kordinasiya Şurasının üzvü Eldəniz Quliyevin AXCP-nin yeganə müxalifət partiyası olmasına dair fikirlərini sərt tənqid edib.

Trend-ə danışan ASDP sədri bildirib ki, Eldəniz Quliyev siyasi riyakarlığa yol verib:

"Burada qeyri-adi bir şey yoxdur. Bu adam bütün fəaliyyəti boyu siyasi riyakarlıqla məşğul olub, dövlətçiliyə qarşı fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərinin əvvəllərində öz milli kimliyini ortaya qoyub. Bunu hamı bilir. İndi onun durub "vətənpərvərlik"dən dəm vurması, "milli təəssüb" hissini ortaya qoyması gülüncdür. Gülünc olduğu qədər də həyasızlıqdır. Onun siyasi analiz vermək qabiliyyəti yoxdur. Yeganə qabiliyyəti tez-tez düşərgə dəyişməkdir. İndi də gəlib öz yerini tapıb. Çünki təriflədiyi AXCP və bu partiyanın rəhbəri eynən onun kimi davamlı xəyanət yolunu tutub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti