...

Azərbaycanın səfiri efiopiyalı rəsmilərlə görüşüb

Siyasət Materials 11 Noyabr 2015 13:22 (UTC +04:00)
Azərbaycanın Efiopiya Federal Demokratik Respublikasındakı səfiri Elman Abdullayev yeni seçilmiş Efiopiya Federasiyasının sədri cənab Yale Abate Reta və Xalq nümayəndələr Palatasının sədri cənab Abadula Gemeda ilə görüşüb.
Azərbaycanın səfiri efiopiyalı rəsmilərlə görüşüb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycanın Efiopiya Federal Demokratik Respublikasındakı səfiri Elman Abdullayev yeni seçilmiş Efiopiya Federasiyasının sədri cənab Yale Abate Reta və Xalq nümayəndələr Palatasının sədri cənab Abadula Gemeda ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı E.Abdullayev Y.A.Retanı və A.Gemedanı bu vəzifələrə seçilmələri münasibətilə təbrik edərək, onlara yeni fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr Y.A.Reta və A.Gemeda səmimi təbriklərə görə səfir E.Abdullayevə təşəkkürlərini bildiriblər. Efiopiyalı rəsmilər Azərbaycan və Efiopiya arasında olan münasibətlərin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Görüş zamanı Efiopiyanın Xalq Nümayəndələr Palatasının sədri A.Gemeda 2013-cü ildə Azərbaycana səfər etdiyini qeyd edərək, ölkəmizdə sürətli inkişaf, sabitlik və yüksək tolerantlıq ənənələrinin şahidi olduğunu bildirib. O, bütün bu nailiyyətlərin Azərbaycan rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasəti və qəti iradəsi nəticəsində əldə olunduğunu vurğulayıb. A.Gemeda Azərbaycan hökumətinin ölkə miqyasında və regional səviyyədə inkişafın əldə olunmasında ardıcıl səylərinin təqidərlayiq olduğunu nəzərə çatdırıb.

Azərbaycan və Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti