...

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxıstana səfər edib

Siyasət Materials 11 Noyabr 2015 14:54 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə Qazaxıstana gedib.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxıstana səfər edib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elmir Murad/

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak etməkdir.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti