...

Araz Əlizadə: Müxalifət birinci növbədə daxilindəki böhranı aradan qaldırmalıdır

Siyasət Materials 11 Fevral 2016 14:13 (UTC +04:00)
Azərbaycan müxalifəti birinci növbədə öz daxilindəki böhranı aradan qaldırmalıdır.
Araz Əlizadə: Müxalifət birinci növbədə daxilindəki böhranı aradan qaldırmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan müxalifəti birinci növbədə öz daxilindəki böhranı aradan qaldırmalıdır. Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə bir qrup müxalifət partiyasının ölkədəki vəziyyətlə bağlı antiböhran koalisiyası yaratmasına münasibət bildirərkən deyib.

A.Əlizadə deyib ki, müxalifət partiyaları indiyə qədər çox koalisiyalar yaradıb: "Seçki koalisiyası, antiböhran koalisiyası yaradırlar, amma heç birinin faydası olmayıb. Bunlar ağıllı olsaydılar, hakimiyyətdə olanda bir iş görərdilər. 20 ildir hakimiyyətdən gediblər, indi birdən-birə ağıllanıblar?"

A.Əlizadə bildirib ki, antiböhran koalisiyası yaratmaqda müxalifət partiyalarının bir məqsədi var: "Hamıya göstərsinlər ki, biz də varıq. Heç olmasa bir dəfə əllərinə kitab alıb oxumalı, savadlarını artırmalıdırlar və nəhayət, çıxıb xalq qarşısında tövbə edib etdikləri səhvlərini etiraf etməlidirlər. Onlar bir dəfə də boyunlarına alıb etiraf etməyiblər ki, dövlət çevrilişi etdik, ölkəni vətəndaş müharibəsi qarşısında qoyduq. Bunları deməyənə qədər kim onlara inanar?!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti