...

Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək

Siyasət Materials 23 Fevral 2016 18:02 (UTC +04:00)
8-9 mart tarixində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurasının (InterAction Council) illik plenar iclası keçiriləcək.
Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək

Bakı. Trend:

8-9 mart tarixində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurasının (InterAction Council) illik plenar iclası keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, 30-dan artıq sabiq dövlət və hökumət başçısını bir araya gətirən Şuranın iclasında Kanadanın sabiq Baş naziri Jan Çretyen, Avstriyanın sabiq Kansleri Frank Vranitski, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin məruzə ilə çıxış edəcəklər.

İclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri də iştirak edəcəklər. Həmçinin İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın sabiq prezidentləri və baş nazirləri iclasa qatılacaqlar.

Qeyd edək ki, Qarşılıqlı Fəaliyyət Şurası 1983-cü ildə müstəqil beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb.Təşkilat ayrı-ayrı ölkələrin dövlət xadimləri arasında enerji və beynəlxalq sahədə təcrübə mübadiləsinə şərait yaradır. Şura üzvləri bəşəriyyətin qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərin həlli məqsədilə tövsiyələr irəli sürür. 30-dan artıq sabiq dövlət və hökumət başçılarından ibarət Şura, əsasən, beynəlxalq əməkdaşlıq sahəsində sülh və təhlükəsizlik, iqtisadi dirçəliş, universal etik standartlar kimi istiqamətlər üzrə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti