...

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər dünya ictimaiyyətinə daha geniş çatdırılmalıdır (FOTO)

Siyasət Materials 24 Fevral 2016 13:41 (UTC +04:00)
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda dəyirmi masa keçirilib.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər dünya ictimaiyyətinə daha geniş çatdırılmalıdır  (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan dəyirmi masada Dövlət Komissiyasının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə İstintaq Qrupunun nümayəndələri, QHT təmsilçiləri və digər nümayəndələr iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının İşçı Qrupunun rəhbəri İsmayıl Axundov Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının yaradılması zərurətindən, Prezident İlham Əliyevin Komissiya qarışısında qoyduğu yeni tələb və vəzifələrdən danışıb.

O müharibə qurbanlarının beynəlxaq sənədlərlə təsbit olunmuş hüquqlarının təmin edilməsi, hümanitar fəlakətlərə beynəlxalq təcrübəyə uyğun hüquqi qiymət verilməsi prizmasından Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi barədə məlumat verib.

İ.Axundov ermənilərin azırbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışarq bildirib ki, erməni vəhşiləri əsir və girov götürülmüş azərbaycanlıları insanlığa sığmayan işgəncələrə məruz qoyublar: "Onlar girov və əsirlərin yaşlı, uşaq, qadın, yaralı olmasına heç bir əhəmiyyət qoymayaraq onları vəhşicəsinə qətlə yetiriblər".

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, ermənilər tarixən azərbaycanlılara qarşı insanlığa sığmayan qatı cinayətlər törədiblər. O bildirib ki, bu cinayətlərin barəsində faktlar, sənədlər var: "Tarixi faktlar var ki, ermənilər azyaşlı azərbaycanlı uşaqları diri-diri yandıraraq öldürüb. İndiki ermənistan ərazisi hamısı azərbaycanlı olub. Bu gün isə Ermənistanda bir dənə də olsun azərbaycanlı qalmayıb, təkmillətli dövlət yaradıblar. Xocalıda azərbaycanlılara qarşı insanlığa sığmayan soyqırım tprətmiş cinayətkarlar bu gün Ermənistana rəhbərlik edir. Amma əfsusar olsun ki, dünya buna göz yumur".

Tədbirdə çıxış edən digər iştirakçılar da ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında danışıblar və bu cinayətlərin dünya ictimaiyyətin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti