...

Elmar Məmmədyarov Moldovanın yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 24 Fevral 2016 18:33 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycana yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib.
Elmar Məmmədyarov Moldovanın yeni səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycana yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə G.Leuka etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycanla Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov G.Leukaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti