...

Azərbaycan səfiri Küveyt Baş nazirinin I müavininə etimadnaməsinin surətlərini təqdim edib (FOTO)

Siyasət Materials 3 Mart 2016 17:41 (UTC +04:00)
Martın 3-də Azərbaycan səfiri Elxan Qəhrəman Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahla görüşüb, etimadnaməsinin surətlərini ona təqdim edib.
Azərbaycan səfiri Küveyt Baş nazirinin I müavininə etimadnaməsinin surətlərini təqdim edib (FOTO)

Bakı. Trend:

Martın 3-də Azərbaycan səfiri Elxan Qəhrəman Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahla görüşüb, etimadnaməsinin surətlərini ona təqdim edib.

Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüş əsnasında E.Qəhrəman ikitərəfli münasibətlərin yüksək səviyyəsindən söhbət açdı, Azərbaycan rəhbərliyinin Küveytlə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Küveyt Dövlətinə həyata keçirdiyi rəsmi səfərini xatırladaraq, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi və qarşılıqlı faydalı münasibətlərin inkişafına güclü təkan verdiyini qeyd edib.

Eyni zamanda səfir Küveyt Dövlətinin beynəlxalq təşkilatlar çərçivəsində respublikamıza göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.

Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri Küveyt rəhbərliyi və xalqının Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Küveytə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd edib. Nazir, həmçinin 2013-cü ildə Birgə Komissiyanın II iclasının keçirilməsi məqsədilə Azərbaycana səfərindən söhbət açaraq, ölkəmizin və səfər zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün ona xoş təəssüratlar bəxş etdiyini və həmin səfəri məmnuniyyətlə xatırladığını vurğulayıb, səmimi salamlarının azərbaycanlı həmkarına çatdırılmasını xahiş edib.

Görüşdə xarici işlər nazirinin müavini Xalid Əl-Carullah, nazirin ofisinin müdiri Şeyx Əhməd Əl-Nasir Əl-Sabah, nazirin Protokol məsələləri üzrə köməkçisi Dari Əcran Əl-Əcran iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti