...

Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü illik plenar iclası keçirilir (FOTO)

Siyasət Materials 8 Mart 2016 13:53 (UTC +04:00)
Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının (InterAction Council) illik plenar iclası öz işinə başlayıb.
Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü illik plenar iclası keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının (InterAction Council) illik plenar iclası öz işinə başlayıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, açılış mərasimində Kanadanın sabiq Baş naziri Jan Kretyen, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Serageldin, Latviyanın sabiq Prezidenti, NGBM-in həmsədri Vayra Vike-Freyberqa, İrlandiyanın sabiq Baş naziri Berti Ahern, Nigeriyanın sabiq Prezidenti Olusequn Obasanco və Yeni Zellandiyanın Baş naziri Ceyms Bolqer çıxış ediblər.

Açılış mərasimini giriş sözü ilə açan J.Kretyen Qarşılıqlı Fəaliyyət Şurasının yaranma tarixi və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Qarşılıqlı Fəaliyyət Şurası və bu kimi digər qurumların əsas fəaliyyəti qlobal problemlərin həll olunmasına, xüsusilə də dünyada sülhün sabitliyin bərqərar olmasına xidmət etməkdir. O həmçinin, iclasa ev sahibiliyi edən Azərbaycanla bağlı öz fikirlərini bölüşüb: "Azərbaycan Avropa ilə Asiya arasında mədəniyyətlərin qovşağında yerləşir. Düşünürəm ki, qonaqlar bu ölkədə mədəni zənginliyin şahidi olacaqlar".

İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İ.Serageldin də öz növbəsində dünyanın müxtəlif ölkələrinin liderlərinin terrorizm, qaçqın böhranı kimi qlobal məsələlərin birgə müzakirəsi üçün Bakıya toplaşdıqlarını vurğulayıb. O, həmçinin bildirib ki, daha yaxşı gələcək üçün dünyanın söz sahiblərinin aclıq, bərabərsizlik, işsizlik kimi qlobal problemləri həllini təmin etməlidirlər: "Dünyanı yaxşılığa dəyişdirmək bizim əlimizdədir və biz bunu birlikdə edə bilərik".

Latviyanın sabiq Prezidenti, NGBM-in həmsədri V.Vike-Freyberqa öz çıxışında Azərbaycanın dahi şairi Nizami Gəncəvi irsi haqqında danışıb. Dahi şairin yaradıcılığında yer alan yüksək humanizm ideyalarının Qərb və Şərq ədəbiyyatına xüsusi təsiri olduğunu qeyd edib.

İrlandiyanın sabiq Baş naziri B.Ahern isə 33 il bundan əvvəl yaranan Şuranın bu illər ərzində bəşəriyyətin üzləşdiyi problemlərin həlli yollarının araşdırılmasına töhfələr verdiyini bildirib: "Biz dəfələrlə dünyanın bir çox ölkələrindən olan alimlərlə bir araya gələrək insanlığın üzləşdiyi problemlərin aradan qaldırılması üçün toplaşmışıq. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Nigeriyanın sabiq Prezidenti O.Obasanco Afrikada mövcud olan problemlərə toxunaraq ilk növbədə qida çatışmazlığı, su problemlemi kimi digər mühüm məsələləri diqqətə çatdırıb. Sabiq Prezidnet həmçinin bildirib: "Bir milyarda yaxın insan su çatışmazlığı səbəbindən dünyasını dəyişir. Lakin elmin inkişafı ilə biz müasir dövrdə yeni texniki innovasiyaların əldə edilməsinə nail ola bilmişik. 2016-cı ildə də bu sahə üzərində işləmək önəmlidir. Planetimizin gələcək potensialının daha da zənginləşdirilməsi üçün dünya iqtisadiyyatında təhlükəsizliyin gücləndirilməsinə çalışmalıyıq. Qloballaşdırılma iqtisadi gücün əsasıdır. Dünya Bankı, Beynəlxalq Maliyyə Fondu Afrikanın inkişafı üçün yardım göstərirlər. Düşünürəm ki, biz Afrikada olan mövcud potensialdan tam istifadə edə bilmirik. İnsan alveri hələdə bizim üzləşdiyimiz əsas bəladır".

Yeni Zelandiyanın keçmiş Baş naziri C.Bolqer bildirib ki, miqrasiya, işsizlik cəmiyyətimizin üzləşdiyi əsas problemlərdir. O, həmçinin təhsilin yüksək səviyyədə olmasının müasir dövrdə bir çox problemlərin həllində mühüm rol oynadığını qeyd edib: "Siyasi güc iqtisadi güclə bir-birilərini daima izləyir. Qarşılıqlı fəaliyyət şurası həqiqətən də bu problemlərin həllinə yardım edə bilər. Düşünürəm ki, təhsil hər bir ölkədə bu cür problemlərin aradan qaldırılmasına çox önəmlidir. Dünya elmi təbliğ etməlidir".

Sonda isə tədbirin təşkilinə görə minnətdarlığını bildirən keçmiş Baş nazir qeyd edib ki, Xəzər dənizinin sahilində yerləşən Bakı gözəlliyi ilə bizi heyran edir.

Çıxışlardan sonra tədbir gənc liderlərin iştirakı ilə "Gələcək Forum: Sabahın liderlərini ilhamlandıraq" mövzusunda müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti