...

Elmar Məmmədyarov Sergey Lavrovla Bakıda görüşəcək (YENİLƏNİB)

Siyasət Materials 18 Mart 2016 10:48 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü barədə detallar məlum olub.
Elmar Məmmədyarov Sergey Lavrovla Bakıda görüşəcək (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü barədə detallar məlum olub.

Diplomatik mənbədən Trend-ə verilən məlumata görə, görüş Bakıda keçiriləcək. Belə ki, Rusiya XİN rəhbəri S.Lavrov cari il aprelin əvvəlində Bakıya səfər edəcək.

Görüşdə E.Məmmədyarov rusiyalı həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Gündəlikdə həmçinin Şimal-Cənub layihəsinin realizəsi məsələsi də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti