Bakı. Anaxanım Hidayətova - Trend:
9 may - Qələbə Günü ilin ən şanlı bayramıdır. 71 il əvvəl postsovet ölkələrinin bütün xalqlarına təsir edən, tarixin ən ağır müharibəsi başa çatıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.
O bildirib ki, bu bayram keçmiş Sovet İttifaqının bütün xalqlarını birləşdirir: "Mən bizim işıqlı gələcəyimizi təmin edən bütün veteranlara cansağlığı və uzun ömür arzulayıram. Qoy tarixdə bir də belə dəhşətli müharibə olmasın, bütün münaqişələr sülh yolu ilə həll olunsun".