...

Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək

Siyasət Materials 12 May 2016 18:38 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti