Azərbaycan və İsrail nüvə təhlükəsizliyi məsələlərini müzakirə ediblər

Siyasət Materials 23 May 2016 14:13 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Xarici işlər nazirinin müavini Araz Əzimov mayın 18-də İsrailə səfər edib.

XİN-dən Trend-ə verilən məlumata görə, səfər zamanı o, İsrailin xarici işlər nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib.

Bildirilir ki, görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün dövlətlərin, o cümlədən, İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib.

Həmçinin, Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti