...

Bölgədə terrorizmə qarşı mübarizə işi müzakirə olunacaq

Siyasət Materials 23 Avqust 2016 11:46 (UTC +04:00)
Türkdilli dövlətlərin dövlət başçılarının 6-cı sammitinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.
Bölgədə terrorizmə qarşı mübarizə işi müzakirə olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkdilli dövlətlərin dövlət başçılarının 6-cı sammitinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramin Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.

R.Həsənovun sözlərinə görə, sammitin əsas mövzusu gənclər və idman mövzusuna həsr olunsa da, bölgədə terrorizmə qarşı mübarizə işi də müzakirə olunacaq.

TDƏŞ-in baş katibi qeyd edib ki, 2017-ci ildə dövlət başçılarının sammiti Azərbaycanda keçiriləcək. Hazırda Türk Şurasının sədri Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir. 
 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti