...

Efiopiya Milli komandası ilə səfirlikdə görüş (FOTO)

Siyasət Materials 16 Sentyabr 2016 14:34 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün Azərbaycanın Efiopiyadakı səfirliyində Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmiş Efiopiya Milli komandası qəbul olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev ölkəmizin hər bir sahədə, o cümlədən idman sahəsində dinamik inkişafından danışıb, Azərbaycanda müasir tələblərə cavab verən idman komplekslərin inşa edildiyini qeyd edib, Azərbaycanın İlk Avropa Oyunları, “Formula-1” Avropa qran-pri və Ümumdünya Şahmat Olimpiadası kimi dünya miqyaslı yarışlara ev sahibliyi etdiyini, 2017-ci ildə isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu bildirib, bu yüksək nəticələrin əldə edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu vurğulayıb.

Efiopiya Şahmat Federasiyasının prezidenti Tsedeke Yehune Azərbaycanı belə mötəbər tədbirə ev sahibliyi etməsi ilə əlaqədar təbrik edərək, Bakıda olan zamanı Efiopiya Milli komandasına göstərilmiş diqqət və qayğıya görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib.

T. Yehune Azərbaycanın aparıcı idman yarışlarına ev sahibliyini etməklə, ölkəmizin dünyanın aparıcı idman mərkəzinə çevrildiyini qeyd edib. Tədbirdə həmçinin Efiopiya Milli komandasının rəhbəri və üzvləri çıxış edərək, ölkəmizin inkişafı, mədəniyyəti və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Azərbaycanın səfirliyində təşkil olunmuş tədbir ölkənin aparıcı mətbuatının diqqətində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti