...

BMT Baş Assambleyasının dondurulmuş münaqişələr üzrə qətnamələr qəbul etmə şansı realdır

Siyasət Materials 21 Sentyabr 2016 12:53 (UTC +04:00)

Bakı. Səba Ağayeva - Trend:

GUAM BMT Baş Assambleyasının 71-ci sessiyasında "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün nəticələri" və "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" qətnamə layihələrinin qəbul edilməsinə ümid edir.

Bunu Trend-ə GUAM-ın baş katibi Altay Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan GUAM-da sədrliyi dövründə qətnamə layihələrinin mətnlərinin razılaşdırılması üçün səylər göstərib, hazırda isə beynəlxalq dəstəyin səfərbər edilməsi məqsədilə digər ölkələrin missiyaları ilə iş aparılır: "Həmin sessiyada qətnamələrin qəbul edilməsi şansı olduqca realdır".

BMT Baş Assambleyasının 71-ci sessiyası sentyabrın 13-26-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti