...

Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı keçiriləcək

Siyasət Materials 21 Sentyabr 2016 14:48 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti Ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək.
Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı keçiriləcək

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti Ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu məsələ Nyu-Yorkda səfərdə olan Mərkəzin nümayəndə heyəti ilə Maltanın Baş naziri Jozef Muskatın görüşündə müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta Baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali Səviyyəli Toplantısının keçirilməsinə dair razılığa gəlinib.

Görüşdə həmçinin, Mərkəzin fəaliyyəti, yeni əməkdaşlıq imkanları, qarşıda duran vəzifələr, gələcək planlar və V Qlobal Bakı Forumu müzakirə olunub. Eləcə də qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılb.

Görüşdə NGBM-in İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumjiya, Ukraynanın sabiq birinci xanımı Yekaterina Yuşşenko və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.

Qeyd edək ki, Maltanın Baş naziri Jozef Muskat Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumunda iştirak edib. Jozef Muskat 2014-cü ilin dekabr ayında da Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti