Bakı. Samir Əli - Trend:
Fəthullah Gülən hərəkatı ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Baş Prokurorluğunun Türkiyəyə müraciəti üzrə işlər davam etdirilir.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.
Onun sözlərinə görə, Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi bu yaxınlarda Türkiyədə olub: "Bu yaxınlarda yenidən ezamiyyətdə olacaq. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".