...

Xorvatiya Prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb

Siyasət Materials 13 Oktyabr 2016 13:33 (UTC +04:00)
Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycana rəsmi səfərə gələcək.
Xorvatiya Prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb

Bakı. Səba Ağayeva - Trend:

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycana rəsmi səfərə gələcək. Bunu Trend-ə diplomatik mənbə deyib.

Səfər zamanı Xorvatiya Prezidenti ölkə rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Səfər zamanı dövlət başçısını böyük nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Bakıda iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti