...

Aleksandr Lukaşenko Yaqub Eyyubovla görüşüb (YENİLƏNİB)

Siyasət Materials 28 Oktyabr 2016 11:08 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.
Aleksandr Lukaşenko Yaqub Eyyubovla görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Bu barədə Trend BELTA-ya istinadən məlumat verib.

A.Lukaşenko bildirib ki, Minsk sülh danışıqları meydançasında öhdəliklərini yerinə yetirir.

Belarus Prezidenti Azərbaycan hakimiyyətini referendumun baş tutmasına görə təbrik edib: "Bu nəticə Azərbaycan xalqının bu çətin vaxtda hakimiyyətə münasibətinin ən yaxşı təsdiqidir. Və bu, çox böyük qələbədir".

Dövlət başçısı əlavə edib: "Mən dostumla 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəlmişəm".

Öz növbəsində, Y.Eyyubov deyib ki, Belarus və Prezident A.Lukaşenko Azərbaycan dövləti və xalqına çox yaxın və doğmadırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti