İlham Əliyev Livanın yeni Prezidentini təbrik edib

Siyasət Materials 11 Noyabr 2016 18:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib.
İlham Əliyev Livanın yeni Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti