Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan və Küveyt elmi-texniki, maliyyə, nəqliyyat, humanitar və İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra sazişlərin imzalanmasına hazırlaşır.
Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəmanın Trend-ə bildirdiyinə görə, bır sıra sənədlər gələn il keçirilməsi planlaşdırılan ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclası zamanı imzalana bilər.
Səfir qeyd edib ki, rotasiya prinsipinə əsasən növbəti iclas Küveytdə keçiriləcək. Dəqiq tarix daha sonra məlum olacaq.