...

Brenda Şaffer: Azərbaycan Fələstin və İsrail arasında "körpü" ola bilər

Siyasət Materials 16 Dekabr 2016 13:47 (UTC +04:00)
srailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri nəyisə tamamilə dəyişməyəcək, çünki onsuz da iki ölkənin münasibətləri kifayət qədər yüksək səviyyədədir.
Brenda Şaffer: Azərbaycan Fələstin və İsrail arasında "körpü" ola bilər

Bakı. Anaxanım Hidayətova - Trend:

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri nəyisə tamamilə dəyişməyəcək, çünki onsuz da iki ölkənin münasibətləri kifayət qədər yüksək səviyyədədir.

Bu barədə Trend-ə Corctaun Universiteti yanında Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin (CERES) elmi əməkdaşı, Vaşinqton Atlantik Şurasının analitiki Brenda Şaffer deyib.

Onun sözlərinə görə, bu səfər İsrail üçün bir göstəricidir və bunu anlamağa imkan verir ki, heç də bütün müsəlman dünyası İsrail və yəhudilərin əleyhinə köklənməyib.

Xanım B.Şaffer bildirib ki, dəfələrlə uşaqları ilə birgə Azərbaycan və Türkiyədə olub:

"Mən istəməzdim ki, övladlarım müsəlmanlardan qorxaraq böyüsünlər, çünki qorxu nifrətə yol açır. Netanyahunun səfəri İsraildə olan münaqişənin bütün müsəlman dünyasına aid olmadığını anlamağa kömək edir".

Azərbaycan səfirliyinin "Aparıcı ABŞ yəhudi təşkilatlarının prezidentlərinin konfransı" ilə birgə Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Donald Trampa məxsus hoteldə keçirdiyi Hanuka bayramı ilə bağlı tədbirin bir neçə yəhudi təşkilatı tərəfindən boykot edilməsindən danışan analitik qeyd edib ki, ən təsirli məqam Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəsi Maen Rəşid Arikatın həmin tədbirdə iştirakı oldu:

"Arikat tədbirə ABŞ-dakı yəhudi icmalarının nümayəndələri ilə birlikdə gəldi ki, bu da özlüyündə qeyri-adi idi. Beləliklə, Azərbaycan Fələstin xalqı və israillilər arasında əlaqələndirici rol oynaya bilər və bu da çox mühümdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti