...

Azərbaycan-Pakistan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 30 Dekabr 2016 12:18 (UTC +04:00)
Azərbaycankın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin prezidentinin katibi (Prezident administrasiyasının rəhbəri) Şahid Xan ilə görüşüb.
Azərbaycan-Pakistan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycankın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin prezidentinin katibi (Prezident administrasiyasının rəhbəri) Şahid Xan ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan-Pakistan arasında yüksək münasibətlərdən söz açan səfir Azərbaycan və Pakistan xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərləri qeyd edib, iki ölkə arasında qardaşlıq əlaqələrinin yaranmasında və möhkəmlənməsində hər iki ölkənin rəhbərlərinin xüsusi rolunun olduğunu, ölkələrin bütün məsələlərdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində biri-birini dəstəklədiyini bildirib.

Diplomat İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi və Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qruplarına hər iki ölkənin qarşılıqlı olaraq qoşulmasının səmimi qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu vurğulayıb, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir həyata keçirilmiş qarşılıqlı səfərlərdən sonra ümumilikdə əlaqələrin daha da canlandığını qeyd edərək, növbəti il ərzində də bir çox qarşılıqlı səfərlərin və birgə layihələrin baş tutacağını bildirib.

Ş.Xan hər iki ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu bildirərək, Pakistan Prezidentinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edib. O, Azərbaycanı da əhatə edən İpək Yolunun bərpasının Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əhəmiyyətini daha da artıracağını söyləyib. Ş.Xan Azərbaycanla Pakistan arasında birbaşa hava reyslərinin bərpa edilməsinin bu baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti