...

Prezident İlham Əliyev: Dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır

Siyasət Materials 23 Yanvar 2017 14:20 (UTC +04:00)
Bu gün dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır.
Prezident İlham Əliyev: Dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır

Bakı. Trend:

Bu gün dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır.

Trend-in məlumatına görə, bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir və ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir:

"Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, amma bu gün dünya da bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik - öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, bütün bu işləri görə bilməzdik. Bu gün bax bu yaradılan hərbi şəhərcik bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti