Bakı. Trend:
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Milli Assambleyasının Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin artırılması, hər iki ölkənin gənclər və qadın təşkilatları arasında əməkdaşlıqlarının dəstəklənməsi, iqtisadi, mədəni və elmi əlaqələrin daha da inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycanda iştirak etdikləri müxtəlif forum və konfranslar zamanı Azərbaycanda şahidi olduqları inkişafı və ölkəmizlə bağlı xoş xatirələrini bölüşüblər.