...

ABŞ-ın erməni lobbisi Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmaq üçün tarixi faktlarla “oynamaqdan” da çəkinmir

Siyasət Materials 3 Fevral 2017 18:02 (UTC +04:00)
ABŞ-da erməni lobbisinin yalanların “istehsal olunmasındakı" ustalığı heyranedicidir. Birinci və ya ikinci dəfə deyil ki, ABŞ-ın erməni diasporlarının çap orqanları Trend agentliyinin müəlliflərinə hücumlar edir
ABŞ-ın erməni lobbisi Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmaq üçün tarixi faktlarla “oynamaqdan” da çəkinmir

Elmira Tariverdiyeva, Trend-in rusdilli xəbərlər xidmətinin rəhbəri

ABŞ-da erməni lobbisinin yalanların “istehsal olunmasındakı" ustalığı heyranedicidir. Birinci və ya ikinci dəfə deyil ki, ABŞ-ın erməni diasporlarının çap orqanları Trend agentliyinin müəlliflərinə hücumlar edir.

Trend agentliyinə qarşı onların növbəti hücumuna da göz yummaq olardı. Amma bu dəfə erməni millətçiləri müəllifin "Trump puts end to Armenian lobby’s influence on US", məqaləsindən fikrini çıxararaq Hitlerin “Mayn Kampf” kitabındakı sitatla müqayisə ediblər. Bununla diaspor nümayəndələri Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmağa çalışıb.

Aydındır ki, İsrail və Azərbaycan arasındakı səmimi dostluq əlaqələri, xüsusilə də iki ölkə arasında hərbi əməkdaşlıq qonşu Ermənistanda qıcıq yaratmaya bilməzdi. Erməni lobbi nümayəndələrinin məlumat isterikası da məhz bununla izah olunur.

Bundan başqa İsrailin Azərbaycan rəhbərliyinin ölkədə yaşayan 20 minlik yəhudi icmasına yaxşı münasibətini yüksək qiymətləndirməsi, monoetnik Ermənistanda isə yəhudilərin ümumiyyətlə olmaması da erməniləri narahat etməyə bilməz.

Özü 25 il əvvəl erməni silahlı qruplaşmaları tərəfindən törədilmiş Xocalı soyqırımını yaşamış Azərbaycan yəhudi xalqının dəhşətli tarixi səhifəsi olan Holokostu heç vaxt unutmayıb.

Trend agentliyi bir neçə dəfə Ermənistan hakimiyyətinin faşist və antisemit general Qaregin Njdenin heykəlini ucaltmasını, bu mərasimdə prezident Serj Sarkisyanın və keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirak etməsini işıqlandırıb. Xatırladaq ki, Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudilərə və almanlara “uyğun olmayan” xalqlara pusqu quraraq öldürmək olub.

Aydındır ki, özünü erməni faşisti və antisemiti Njdenin varisləri hesab edən erməni millətçiləri Azərbaycan və İsrail xalqları arasındakı dostluğa xələl gətirmək məqsədilə tarixi faktlarla “oynamaqdan” da çəkinmirlər.

Amma bir qrup erməni millətçisi üçün həqiqi dostunun kim olduğunu çoxdan anlayan İsrail xalqını yanlış istiqamətə yönəltmək mümkün olmayacaq.

Xəbər lenti

Xəbər lenti