Bakı. İlhamə İsabalayeva - Trend:
Əgər Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeriy Gerasimov arasında görüş Bakıda baş tutmazdı.
Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Bu görüşün Bakıda keçirilməsini çox yüksək dəyərləndirən deputat qeyd edib ki, görüşün ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür.
R.Rzayev qeyd edib ki, Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir:
"Bu siyasət, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik Azərbaycanı belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib".