...

Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş poçt markası buraxıldı

Siyasət Materials 8 Mart 2017 10:06 (UTC +04:00)
Los Ancelesdə Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb.
Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş poçt markası buraxıldı

Bakı. Trend:

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə ediləcək poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.

Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə buraxılan markanın ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti