...

Ekspert: Rusiya Ədliyyə Nazirliyinin ÜAK ilə bağlı müraciəti yaxın zamanlarda həll ediləcək

Siyasət Materials 1 Aprel 2017 16:00 (UTC +04:00)
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı müraciəti məsələsi yaxın zamanlarda həll ediləcək, anlaşılmazlıqlar isə aradan qaldırılacaq.
Ekspert: Rusiya Ədliyyə Nazirliyinin ÜAK ilə bağlı müraciəti yaxın zamanlarda həll ediləcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı müraciəti məsələsi yaxın zamanlarda həll ediləcək, anlaşılmazlıqlar isə aradan qaldırılacaq.

Bunu Trend-ə “Şimal-Cənub” Politologiya Mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev deyib.

O qeyd edib ki, Rusiya üçün etnik stabillik hər şeydən vacibdir, ona görə çətin ki, Rusiyanın nazirlikləri və ya dövlət qurumları lobbiçilik adına fəaliyyət göstərsinlər.

Ekspertin sözlərinə görə, ÜAK hər iki ölkə prezidentlərinin himayəsi altındadır və bu, hər kəsə məlumdur.

A.Karavayev deyib ki, Rusiya qurumları Azərbaycan diaspor təşkilatlarına əngəllər yaratmır.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Rusiyanın Ədliyyə Nazirliyi bu təşkilatın öz fəaliyyətində ölkə qanunvericiliyini pozduğunu əsas gətirərək, onun ləğvi məqsədilə Ali Məhkəməyə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti