Bakı. Orxan Quluzadə - Trend:
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vacib addımdır və qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır.
Bunu Trend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.
Onun sözlərinə görə, qadınların imkanlarının artırılması İƏT-in əsas hədəflərindəndir və bu, təşkilatın onillik fəaliyyət proqramında öz əksini tapıb.
Baş katib qeyd edib ki, İƏT-in onillik fəaliyyət proqramı təşkilatın üzv dövlətlərində qadınların qərar qəbul etmə prosesinə cəlb edilməsinin modelidir.
Yusif bin Əhməd əl-Usaymin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra ona təbrik məktubu ünvanladığını bildirib.